![]() |
| Anar Əhəd |
Yoxdur ürəkdə Xaliqi – Sübhan məhəbbətin,
Nəfsin şirin edib sənə dövran
məhəbbətin.
Sürdün gözəl həyatda ömür, oldu hər
şeyin.
Zahid, nədənsə olmadı iman, məhəbbətin.
Allah deyəndə ağlama zır – zır yalan
yerə,
Eşq əhli göstərib bizə Canan məhəbbətin.
Eşqin ürəkdədir yeri, xəlq içrə ağlayıb,
Atmaz ayaqlar altına insan məhəbbətin.
Eşq əhli göz yaşın tuta bilməz, sıxar
özün,
Cəhd eyləyər o etməyə pünhan məhəbbətin.
Aşiq odur ki, eşqinə xəlvətdə ağlasın,
Faş eyləməz bu aləmə Rəhman məhəbbətin.
Ya Rəbb, Anar da eşq ilə islam üçün
yazar,
İnsan təfəkkürün ala Quran məhəbbətin.
