![]() |
| Anar Əhəd |
Elə misra deyerəm hər sözü zinət görünər,
Üzü bir sadə fikir, batini hikmət görünər.
Mən deyən haqqı dilimnən uca Allah danışar,
Eşidən xalqıma insan kimi surət görünər.
Nə bilirsən nədi batin, onu Xaliq eliyər
Seçilən bəndəyə ilham kimi, xəlvət görünər.
Əlinin eşqi ilə batinə yol tapdı ürək,
Əlisiz hər iki dünya mənə zülmət görünər.
Bu qəzəlnən səni çox kəs qınıyar, baxma
Anar,
Səni anlar o adam, onda
bəsirət görünər.
Комментариев нет:
Отправить комментарий