![]() |
| Anar Əhəd |
Sizə zahid dəyişir güzgü nağıldan – nağıla,
Oturun siz də vurun mürgü nağıldan – nağıla.
Yenə getdiz yuxuya, bir salavat zikri edin.
Oyanın pozmuyun ahəngi nağıldan – nağıla.
Bura Allah evidir yatmaq üçün gəlməmisiz,
Gəlmisiz bəsliyəsiz sevgi nağıldan – nağıla.
Bəzi uydurma nağıl kin yaradır aşiq üçün,
Qəzəbindən dəyişir rəngi nağıldan – nağıla.
Nağılın ardı kəsilməz, nağılın yoxdu sonu!
Bəlkə bunlar ödəyir vergi nağıldan – nağıla?!
O nağıllardı səbəb Tanrı evindən uzağam,
Adamın qopmaz imiş əngi nağıldan – nağıla.
Gələcək gün, yıxacam sözlə cəhalət qalasın,
Aşacaq üstünüzə hörgü nağıldan – nağıla.
