![]() |
| Anar Əhəd |
Sənə
zahid ötürən təsbehi bir yanə elə,
Yaşa
qəlbində Xuda zikrini şahanə elə.
Ey
libasıyla bürünmüş, gecələr qalx ayağa!
O
yatan gözləri həq nuruna pərvanə elə.
Onu
yüksək tutaraq şə’ninə tə’rif deməli,
Ona
şahanə olan hər sözü dürdanə elə.
Oxuyub
ayələri zehninə yaz, qəlbinə yaz,
Sənə
heyrətlə baxan kəsləri divanə elə.
Elə
ver ayələrin şərhini ki, yanğı ola,
Oxuyub
dinləyəni haqq ilə məstanə elə.
Səni
şair yaradıb xilqəti yoxdan yaradan,
Tutduğun
yolda nə etsən onu mərdanə elə.
Ey
Anar, aləmə söznən kitabın hökmünü yaz,
Zahidin
din dediyi hər şeyi viranə elə.
