вторник, 25 апреля 2017 г.

Ya mövla, ya Mehdi.

Nə zamandır səni üzmüş zühurun dərdi – səri.
O bulağdan süzülən qətrələrin yox qədəri.
Ya Əbəlfəzl denən at ürəyindən kədəri.
Görəcəksən ki, gəlir Mehdi qapından içəri.
Bax, əgər gəlməsə heç üzmə ümid aç səhəri.
Və səhər gəlməsə mütləq edər axşam səfəri.
Səhər axşam, səhər axşam cümədir müxtəsəri.
Uca səsnən ona səslən, sənə etsin nəzəri.

Çağır o şahı çağır.
Çəkərək ahı çağır.
Qoparıb vahı çağır,
Çağır o şahı çağır..
Hərdən Allahı çağır.!

Qıl namaz, bir də fərəcdən oxu həm eylə məram.
Ki həmin an eliyir diqqəti hər yerdə imam.
Mən qulam, sən də qulam həm o da Allaha qulam.
Xaliqin bəndəsi Xaliqlə tutar eyni məqam?
Bu cəhalət dənizin dalğası udmuş çox adam.
Onu Qur’anla yenib etməlisən əqlüvə ram.
Ya özün mehdi olub anmalısan haqqı tamam.
Ya da nadanlıq edib sürməlisən ömrü avam.

Çağır o şahı çağır.
Çəkərək ahı çağır.
Qoparıb vahı çağır,
Çağır o şahı çağır..
Hərdən Allahı çağır.!

суббота, 15 апреля 2017 г.

Bumu təfsir, gətirir bəs niyə ayət mənə şübhə?
Səni ruhani bilən dindara heyrət! sənə şübhə.!

Oda atmışdı cəhənnəmdə günahkar birin Allah,
Əli almış onu, etmişdi şəfaət. Yenə şübhə.!

Çox təfəkkürlər əsirdir, nə zamandır ki, şikəstdir.
Girə sahiblərinin qəlbinə xəlvət enə şübhə.

Demə neyçün qələmin əhli yazır haqqıma hər söz,
Nə edim mən görürəm səndə kifayət dənə şübhə.

Ey Anar, mollanümalər çoxalıb, hansını görsəm
Elə möhkəm salır ürpərməni dəhşət tənə şübhə.

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...