Bumu təfsir, gətirir bəs niyə ayət mənə şübhə?
Səni ruhani bilən dindara heyrət! sənə şübhə.!
Oda atmışdı cəhənnəmdə günahkar birin Allah,
Əli almış onu, etmişdi şəfaət. Yenə şübhə.!
Çox təfəkkürlər əsirdir, nə zamandır ki, şikəstdir.
Girə sahiblərinin qəlbinə xəlvət enə şübhə.
Demə neyçün qələmin əhli yazır haqqıma hər söz,
Nə edim mən görürəm səndə kifayət dənə şübhə.
Ey Anar, mollanümalər çoxalıb, hansını görsəm
Elə möhkəm salır ürpərməni dəhşət tənə şübhə.
Комментариев нет:
Отправить комментарий