четверг, 6 июля 2017 г.

Anar Əhəd
Et nihan peymanəni saqi gəlir şeytansifət,
Bir qədəh nuş etmişik qusdurmasın heyvansifət.

Qorxma gəl, görsən əgər zahirdə iblis xislətin,
Bir sözün duysan deyərsən sehrdən insan sifət.

Xaliqin rəhmi genişdir badə iç, nəfsin çəkir.
Et bu məclisdə günah, mehraba gir peşmansifət.

Bir günah etsən utansan boğsa gər vicdan, həya,
Üzdə saqqaldan hicab saxla, olar pünhan sifət.

Mən ki, dabbağda gönündən haliyəm gəlmə kələk,
Xoş kəlam, üç beş hədis etməz səni imansifət.

Gəl məzəmmmət etmə mey əhlin, olar eşqə fəda,
Mənəviyyatdan uzaq insan olur hədyan sifət.

Ey Anar, vaiz nə bilsin aləmin, eşqin qəmin.
Gördü dünya cənnətin, göstərmədi dövran sifət.

Комментариев нет:

Отправить комментарий

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...