Saqi
mey ver yenə bu qəlbi bezar eylədilər,
Hələ
azmış kimi də aləmi dar eylədilər.
Vaizin
hökmü gülüş mənbəyi etmiş dinimi,
Mən
sevən dilbərimin rahını xar eylədilər.
Dərə,
dağ qoymadılar tutdular üz şirkə tərəf,
Onun
hacət qapısın pir, məzar eylədilər.
Püşk
atanlar kimi bəxtin sınıyar ayə açar,
Nə
oyunlar çevirib haqqı qumar eylədilər!
Qapaz
altında yatan tövrünü* hardan qanacaq?
Haqqı
qurban eliyib Mehdi şüar eylədilər.
Day
usandım, bu qədər saqi! Yoruldum bəs edər,
Mənə
onlar üzü xislətlə kənar eylədilər.
Ey
Anar, səbr elə gəl, əhdini xatırla bu gün!
Geri
dönmək nədi, yaz! Bəlkə də ar eylədilər.
* Rəd
surəsi ayə 11