Gecə
getdim yuxuya məhşəri gördüm gəldim.
Hər
əməllər yazılıb, dəftəri gördüm gəldim.
Bir
şəhidlik sözü atdın neçə övlad qırdın,
Sənə
hiddətlə baxan əsgəri gördüm gəldim.
Sinənin
üstü qızıl qan, bədənin cırmaq izi,
Səni
boğmaq diləyən madəri* gördüm gəldim.
Bəyaz
əmmamə açılmış dolanır boğmaq üçün,
Alovun
içrə yanan minbəri gördüm gəldim.
Bir
müqəllid tanımır hökmünə uyduqlarınız,
Üləmalarda
olan peykəri* gördüm gəldim.
Ateistəm
deyərək göylə gedən insanlar!
Hey
ölüm arzulayan kafəri gördüm gəldim.
Öyünüb
ayəni təkzib eliyən zırramalar!
O
sizin aliminiz əntəri gördüm gəldim.
Nə günah
eyləmisiz heç biri inkar olmur,
O
şəhadət gətirən əlləri gördüm gəldim.
* --
Madər – Ana / -- Peykər – Üz
Комментариев нет:
Отправить комментарий