воскресенье, 3 декабря 2017 г.

Anar Əhəd
Dinidardır, buraxıb saqqalı dindarlıq edir,
Ona haqq olmağı gur saqqalı dildarlıq* edir.

Mənə min tə’nə vurur saqqalı etdikdə təraş,
Özü Allah adı altındasa murdarlıq edir.

Özü öz saqqalının yarsınacan kantı qoyub,
Mənə əhkam kəsərək şə’nimə əğyarlıq edir.

Hələ yandan biri çıxmış, bığı yox, saqqalı çox,
Gedənin körkəmi sıxlıq yaradır, darlıq edir.

Mənə o mollalrın saqqalını çəkmə misal,
O da mö’min görünüb arxada cindarlıq edir.

Kim təraş etməyi insanə həram hökmü verir,
O yalan, şər yaxaraq Xaliqə qəddarlıq edir.

Və Anar, sonda yenə də’vət elə haqqa sarı,
Onu kim qəlb ilə möhkəm tuta huşyarlıq* edir.

* Dildarlıq – Təsəlli, təskinlik
* Huşyarlıq - Ağıllılıq

Комментариев нет:

Отправить комментарий

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...