![]() |
| Anar Əhəd |
Zahid
dağıdan məscidi abad eləməkçün,
Söz
xəncəri çək zahidə bərbad eləməkçün.
Allah
qələmin qüdrətini şairə vermiş,
Dustaq
kimi cahilləri azad eləməkçün.
Bir
Mehdi üçün yatma, oyan haqqın üçün qalx,
Xəlq
olmamısan aləmə fəryad eləməkçün.
Zahid
oyadarmı səni qəflət yuxusundan,
Aləm
ona xoş, könlünü dilşad eləməkçün.
Zahid
sayı çox olsada əngəl ola bilməz,
Qur’an
kitabın hər yerə bünyad* eləməkçün.
Yazdım
sözü öz haqqını insan tapa bilsin,
Söz
yazmaram insanlığı naşad eləməkçün.
Allah
sənə ölməzliyi vermiş ey Anar can!
Həq
söz yaşayar həm yaşadar yad eləməkçün.
*
Bünyad – Əsas

Комментариев нет:
Отправить комментарий