![]() |
| Anar Əhəd |
Sünnülər
mürşidinin saf ədəbindən danışar,
Şiə
öz aliminin ruzü – şəbindən danışar.
İki
məzhəb öyünərkən niyə qalsın ki, dala?
Sələfi
eşşəyi ölmüş ərəbindən danışar.
Buların
hansına bir ayə desəm, alt dodağın
Qəzəbindən
gəmirər həm əsəbindən danışar.
Gecənin
sübhi gələr, əsrə çatar ordu gələr,
Əsəründən
oxuyan kəs qəzəbindən danışar.
Kim
gəlir gəlsin Anar, alnı açıq haqqı denən,
Sənə
ilham yetirən haq tələbindən danışar.

Комментариев нет:
Отправить комментарий