![]() |
| Anar Əhəd |
Yə’cuc
çıxar, Mə’cuc çıxar, bu ayədir mə’na çıxar.
İnsan
yeyib, heyvan udan əfsanələr əmma çıxar.
Boydan
uzun, enni qulaq yorğan edər, yastıq edər,
Saxla
nağıllar aləmin minbər üçün ə’la çıxar.
Qur’anda
bir dabbə keçər təfsir olub nöqsan ilə,
Millət
uyub iman edib məhv olmamış dünya çıxar.
İnsan
inamsızlıq edər, yerdir o gün şahid olan,
Məhşər
üçün bir ayədir, dabbə desən hoqqa çıxar.
Ümmət
oyan! bu səhvləri mən yox, edən alim olub,
Ön
dörd əsir lay lay olar Mehdi çıxar, İsa çıxar?
Mehdi
üçün gözdən axan göz yaşların cəm eyliyin,
Dünyamızın
zalımların boğmaq üçün dərya çıxar.
Ya
Rəbb Anar Səndən dilər ilham elə qəlbim duyar,
Haqqın
yolun Səndən alım, Səndən yazım fayda çıxar.
1 – 2 beyt. Kəhf 94 / Ənbiya 96
3 – 4 beyt. Nəml 82

Комментариев нет:
Отправить комментарий