Biri
uydurdu hədis yazdı kəlamlar quyudan,
Unudub
Xaliqi tez tutdu avamlar quyudan.
Çox
ürəkdən və beyindən silib Allah adını,
Ağ
kağız tək yazacaq molla, xaxamlar quyudan.
Sən
günah sahibisən Xaliqə gəl etmə dua,
Get
çağır Mehdini hacətvi tamamlar quyudan.
Uca
Allah nə qədər varsa günah əfv eliyir, -----
Zümər 53
Belə Allahı
qoyub etmə məramlar quyudan.
Məni
səndən soruşurlar, de ki Mən çox yaxınam.
----- Bəqərə 186
Buda
ayə, nə umurlar bu adamlar quyudan?!
Kimə
ki bəlli olandan sora həq şirk eləsə,
----- Nisa 116
Bunu
bilsin çıxa bilməz o qulamlar quyudan.
Bu qədər
ayə dedim, yoxdu sözüm, molla desə
Ki,
sizin namələri Mehdi salamlar quyudan.
Комментариев нет:
Отправить комментарий