![]() |
| Anar Əhəd |
Təlqin* elə insanlara əfsanəni molla!
Allah evi görsət bizə bütxanəni molla!
Bədbəxtləri Allah kitabından elə məhrum,
Sox zehninə, həm qəlbinə fərzanəni* molla!
Məscidləri gəzdim ki, duyum ayeyi – Quran,
Əfsanələrin məhv edib hər xanəni molla!
Haqdan qaçan insanları məsciddə görüncən,
Cəlb eyliyərəm haqq ilə meyxanəni molla!
Məzlumlara yoxsulluğa səbr etməyi öyrət,
Tikdir özünə şah kimi kaşanəni* molla!
Əfsus ki, Allahın evindən bir əsər yox,
Gəl tə’rif edir qoyduğu viranəni molla.
Haqsızlıq üzündən Anarın sinəsi coşmuş,
Car eyliyəcəm hər yediyin nanəni molla!
Car eyliyəcəm hər yediyin nanəni molla!
* Təlqin – Hər hansısa bir fikiri, əqidəni insana
hissi qəbul etdirmək üçün psixikasına təsir etmək, beyninə yeritmək.
* Fərzanə - Alim.
* Kaşanə - Saray, imarət.

Комментариев нет:
Отправить комментарий