вторник, 12 сентября 2017 г.

Anar Əhəd

Sənə xatir çağırıb bəndəni Qur’an yoluna,
Bəlkə düz yol tapa bildin oxu ayət demişəm.

Sanki, mən eyləmişəm də’vəti şeytan yoluna,
Məni heyrət bürüyüb ah bu cəhalət demişəm!

Necə mən tab gətirim kin dolu nadan yoluna?
Əl açıb yalvararaq ver mənə qüvvət demişəm.

Şiə lə’nət oxuyarkən Ömər, Osman yoluna,
Mən kədər içrə baxıb, şeytana lə’nət demişəm.

Sünni kəm gözləri zillər Şahi – Mərdan yoluna,
Onu eşqin yoluna eylə hidayət demişəm.

Necə layiqli bilim məzhəbi Rəhman yoluna?!
Mən Sənin ayənə iman edib vəhdət demişəm.

Bağlıyın vəhdəti Qur’an ilə Sübhan yoluna,
Yaşa dünyada ikən aləmi cənnət demişəm.

Комментариев нет:

Отправить комментарий

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...