Dəftər
vərəqin əl ilə bükmüş kimi insan,
Yetdikdə
o gün göy üzün Allah bükəcəkdir.
Yox
şübhəsi vermiş sözün Allah, bükəcəkdir.
Sonra
yenə öz halına təkrar salacaqdır,
Məxluqları
əvvəl necə xəlq etdisə Allah.
Varlıqları
yoxluqluğa qərq etdisə Allah.
Göydən
yerə nazil nə kitab oldusa yazdıq.
Bilsin
ki, ibadətdə Mənə xalis olanlar,
Salehlərimizdir
bu yerə varis olanlar.
Bu
ayələri nəzm ilə misralara düzdüm.
Ey
cənnəti mövcud bilən insan, nə düşündün?
Tərpətdimi
Qur’an səni, heç azca üşündün?
Ki,
müjdəli cənnət hələ var etməyib Allah,
Yoxdur
belə xilqət, hələ var etməyib Allah.
Sən
zənn eliyirsən ki, bu yer yox olacaqdır,
Allahsa
deyir yer bizə ancaq qalacaqdır.
Var
et sora yox et bi işin anlamı varmı?
Tək
anlamı nöqsan, o da Allahda olarmı?
İbrahim
olan surəyə qırxsəkkizə bir bax.
Yernən
göyü Allah dəyişər, bax sözə bir bax!
Həm
yer dəyişər, həmdəki göylər deyir ayə.
Allah
nəyi neylər, necə eylər deyir ayə.
Məhrum
qalasan haq kitabından niyə insan?!
Əzdim
özümü haqq tapasan sən diyə insan!
Gəl
düz yola əfsanəyə bənzərdən uzaq dur,
Aldanma
yalan sözlərə hər vaxtı oyaq dur.
İllər
boyu lay – lay çalıb uydurma nağıllar,
İnsan
əlinin yazdığı hər qurma nağıllar.
Yatdın
o nağıllarda yuxun çox dərin oldu,
Hər
molla danışdıqca sözün afərin oldu.
Məndən
sənə haqqın sözü etsin əsər artıq,
Allah
yetirən ne’mətə göstər dəyər artıq.
Bəsdir
yetər artıq.
Et
bir həzər artıq.
Haqqın
yolun haqdan,
Al
sən xəbər atrıq.
Ənbiya
surəsi 104, 105 ayələri
Комментариев нет:
Отправить комментарий