Meh
ki əsdi, dağıdıb zülfü pərişan edəsən,
Ara
bir incə sığaldan çəkəsən yan edəsən.
Dartasan
yay kimi kirpiklərini ox atasan,
Ürəyindən
vurasan aşiqi al qan edəsən.
Göstərib
lütfünü hərdən verəsən qəlbə ümid,
Parçalanmış
ürəyin dərdinə dərman edəsən.
O
ümiddən bir öpüş istəyi düşsün könülə,
Qoparıb
yarəsini qanına qəltan edəsən.
Yaşanan
mənzərələr qəlbinə insaf gətirə,
Bir
öpüşdən nə qəbahət deyib ehsan edəsən.
Hər
cəfanın sonu bitsin təki balnan gözəlim,
Razıyam
sən məni hər cövrünə qurban edəsən.
Ölü
bir qəlbə həyat bəxş eliyən eşqdir Anar,
Yaşa öz eşqini aləmləri
heyran edəsən.
Комментариев нет:
Отправить комментарий