Heç
kəs ürəyimdən qəmi təfsir edə bilməz.
Sığmaz
bu təxəyyüllərə təqrir edə bilməz.
Rus
ölkəmi pay – lüş eliyib payladı torpaq,
Nə
şərh ola, “türkmənçayı” təqdir edə bilməz.
Sülhün
sənə Təbriz ilə Tehranı bağışlar,
Qəlbimdəki
viranımı tə’mir edə bilməz.
Yefremlərə
minnətli olanlar da müsəlman!
Kim
fəhmini etmiş mənə tə’bir edə bilməz.
Əlbət
nə qədər əl, ətəyindən öpənin var,
Korluqları
təzvirini zahir edə bilməz.
Düzdür
ki bu, şair gücü sözdən ötə olmaz,
Mən
dənlədiyim buğdanı xəlbir edə bilməz.
Sən
yaz ey Anar, fəhmini xalqım eləsin qoy,
Torpaq qəmi vicdansıza
tə’sir edə bilməz.
Комментариев нет:
Отправить комментарий