Vurma
gəl çeşmə suyundan yaraşır tər üzünə,
Çün
lətafətlidi tər qətrəsi dilbər üzünə.
Dilim,
ağzım qurusun qəlbinə dəydimsə əgər,
Nə
dedim qarə bulud çökdü münəvvər üzünə!
Yar
üzün mə’cərə sarmış xətibin bir sözünə,
Görüm
Allah onu həsrət qoya minbər üzünə.
Hansı
sərsəmdi görən eşqi məzəmmət eliyir?
Mən
üzü ağ çıxaram eşq ilə məhşər üzünə.
Mən
özüm Xaliqə iman eliyən, şahid olan,
Görmədim
xilqətin olsun üzü bənzər üzünə.
Qəzəlimnən
yaşaram eşqimi məktəbli kimi,
Yazaram,
həm çəkərəm rəsmini dəftər üzünə.
Anarın
həsrəti bitməz, bu gedişnən kor olar,
Ona
cənnət verilər olsa müyəssər üzünə.
Комментариев нет:
Отправить комментарий