Alimlərivün
şərhinə ürfani baxırsan,
İnsan
kimi yox, onlara yezdani baxırsan.
Məzhəb
adı qəlbimdəki imanə yaraşmır,
Sən
hansı ağılnan mənə Qurani baxırsan?
Möhkəm
yapış ipdən bizə Allah buyurarkən*
Din
parçalayan kəslərə ruhani baxırsan.
Məzhəb
yolu seçmişlərə Qur’anda cəza var*
Hərdən
açaraq ayəni cismani baxırsan?
İyrənc
görünən özgələrin hökmünə lağ – lağ,
Öz
alimivün hökmünə insani baxırsan.
Lağ –
lağ nədi, cin şeytana oxşar deyə vəsf et,
Öz
cinlərivün hüsnünə nurani baxırsan.
Gəl
sən də Anar, mövzunu çox dartıb uzatma,
Onsuzda
bu məzhəblərə sən fani baxırsan.
* Ali
– İmran surəsi ayə 103, 105
Комментариев нет:
Отправить комментарий