Ey
üzü nur gülsabah!* Boş yerə töhmət nədir?
Şairə
təkfir nədir, şə’nimə lə’nət nədir?!
Siğə edib
keyf elə, gəl məni mürtəd çıxar,
Hökmüvə
kirtək vurum, ah bu ədalət nədir?!
Ərz
elədim mollaya ayəni ibrət misal,
Düşdü
qotur saqqala, bilmədi hikmət nədir!
Gah
çıxarır təsbehin, gah qaşıyır saqqalın,
Gah
da çıxış axtarır, qaçmağa fürsət nədir?
Eyləmə
üstündə yük, saqqaluva vur düyün,
Yüz
dənə yan – yanə düz, təsbehə hacət nədir?
Haqqı
deyən mən olum, üstünü örtən sən ol,
Sonra
da kafər çıxım! Düşdüyüm halət nədir?
Sən
ki, bilirsən Anar, haqq ilə batil nədir,
Eşq
ilə vəsfin qılıb, şərh elə ayət nədir!
* --
Səhər açılıb axşam vaxtı yumulan dekorativ gül
Комментариев нет:
Отправить комментарий