![]() |
| Anar Əhəd |
Güc
üçün can atanın məqsədi sərvətdə olar.
Özü
qəflətdə olar, xalqısa zillətdə olar.
Talayar
millətinin haqqını qarətdə olar.
Özünün
zənn eliyər, hər şeyə fürsətdə olar.
Cismi
işrətdə olar, ruhusa möhnətdə olar.
Gözünün
görmədiyi bir qara zülmətdə olar.
Unudar
Rəbbini ki, sonda qiyamətdə olar.
Canlı,
cansız sıxılan hər nə ola məhv olacaq.
Dağılar
cansız olan, canlısa ruhən solacaq.
Oturub
səbr edəcək ki, nədi iman qalacaq!
Kasanın
yırtığı yoxdur və nəhayət dolacaq.
Çıxacaq
meydana üsyan ilə haqqın alacaq.
Axı
insan nə qədər ömrü səfalətdə olar!
Bir
gün millət bezərək sənlə ədavətdə olar!
Çıxacaq
vəd eliyən cəlb olacaq diqqətimiz.
Xoş
şüarlar adı altında coşar cürətimiz.
Bərələn
gözləri heyrətdə qoyar vəhdətimiz.
Yeni
rəhbər seçilər hasil olar niyyətimiz.
Əli
hər şeydən üzülmüş füqəra millətimiz,
Yürivə
göz dikənin cızdığı bir xətdə olar.
Sənə
düşmən kəsilər kin ilə nifrətdə olar.
Yuxulu
xalqımızın bənzəri var xəzri, yelə.
Ayılıb
tam oyanan an dönəcək güclü selə.
Bu
gücə qarşı çıxan olmadı dünyadə hələ.
Sonu
heç yaxşı deyil ölkəmizin, qalsa belə.
Xalqı
çək eşq ilə ətrafına müdrüklik elə,
Rəhbərin
həm gücü, həm sevgisi millətdə olar.
Dağa söykənməyənin ömrü
xəyanətdə olar.
Комментариев нет:
Отправить комментарий