Varisiyəm
yerin, göyün, çərx mənim, məkan mənim.
Zülm
elə istəyin qədər, fərz elə ki, cahan sənin,
Səbr
eləsəm İlahi tək, xeyrimədir zaman mənim.
Gərçi
bu gün dayanmaram zülmə boyun büküb durub,
Şairiyəm
İlahinin, haqqı deyən dəhan mənim.
Nəzm
mənim, qəzəl mənim, doğru mənim, xəta mənim,
Olsa
səvab xeyir mənim, varsa günah ziyan mənim.
Xaliqimin
sözün deyən, ayələrdir əsərlərim,
Tanrı
verən ağıl sənin, ayə Onun, bəyan mənim.
İndi
desəm Nəsimi tək “narə yanan şəcər mənəm”
Orda
olan Nəsiminin, burda olan nişan mənim.
Mən
Anaram adım kimi, mən Əhədəm özüm kimi,
Batinim zahirimdədir yoxdu
nihan, əyan mənim.
Комментариев нет:
Отправить комментарий