Dəyişən
zahiridir, batini təkrar görünür.
Elə
aklad qoyulub keçmişə saldıqda nəzər,
Boynu
zəncirdə gəzən qulları aşkar görünür.
Gecə
gündüz çalışan qarnı üçün qul sayılır,
Ona
sahiblik edən dövləti quldar görünür.
Xalqının
sərvətini şah yığaraq taxt qoruyub,
Yenə
şah dövrünə bənzərliyimiz var, görünür.
Quru
candan savayı heç nəyimiz yoxdu daha,
Günü
gündən bükülür qəddimiz donqar görünür.
Mavi
ekranda yaman xalqı sevən görkəmi var,
Boğulan
xalqına baxdıqdasa qəddar görünür.
Susur
Allah sənə xidmət eliyən mollalarun,
Gəl
ki, saqqalı çıxıb minbərə dindar görünür.
Anarı
sən niyə xəlq eyləmisən dünyaya?
Heç qəzəb eyləmə dünya mənə
murdar görünür.
Комментариев нет:
Отправить комментарий