Zahid
elə dəm vurdu ki əfsanələrinnən,
Nəfsin
meyi tərk eylədi meyxanələrinnən.
Kim
verdi nişan Yusifi könlün ona qondu,
Yandın
gecələr nuruna pərvanələrinnən.
Az –
maz ağılın var idi meyxanədə qoydun,
Oldun
yalan eşqin dəli – divanələrinnən.
İman
eliyib neyləmisən bəxtəvər oğlu?
Seçmir
ürəyin məscidi bütxanələrinnən.
Şirk
əfvini Allah kimə etmiş sənə etsin?
Qaldır
meyi meyxanədə məstanələrinnən.
Bəlkəm
sənə meyxanələrin faydası oldu,
Öyrənmə
bu əl öpməyi fərzanələrinnən.
Ya
gəl Anarın rahına Allah yolu tut sən,
Ya
qal helə meyxanədə həmxanələrinnən.
Комментариев нет:
Отправить комментарий