![]() |
| Anar Əhəd |
Əlinin
şəninə əş’ar yazdım,
Şiələrçün
mələk insan oldum.
Sələfi
gördü Əli eşqim var,
Bu
səbəb rafizi, duşman oldum.
Əlinin
rahı dedim həq yoldur,
Sünnülərçün
şiə e’lan oldum.
Şiənin
məzhəbinə ayə dedim,
Daş
qalaq etdiyi şeytan oldum.
Sünnülər
halı görüb çıxdı həyan,
Onların
qəlbinə mehman oldum.
Bu
səfər haqqı dedim sünnülərə,
Qovulub
iblisə şayan oldum.
Yamıyım
əqlüvüzə yunnu keçə,
Sizə
duşman necə asan oldum!
Xaliqin
ayələrin nəzm etdim,
Həq
sevən bəndəyə dərman oldum.
Molla
qur’ani deyər firqə salar,
Eşidib
yer ilə yeksan oldum.
Mənə
qur’ani baxanlar bilsin,
Mən həniflərlə müsəlman
oldum.

