понедельник, 7 марта 2016 г.

Şair təbə gəldin? Yenə ibrətlə danışma,
Anar Əhəd
Gopdan bizə dəm vur, sözü hikmətlə danışma.

Dəccal gələcək, bir gözü var, damğa alında,
Aqil düşünən kəs dedi, – dəhşətlə danışma.

Bir əlləri var, şərqi tutar, qərbi tutarmış,
Gəl sən mənə əqlindəki adətlə danışma.

İnsan deyərəm hörməti hörmət, sözü sözdür,
Çatsın əli çox ölkəyə hörmətlə, danışma.

O neft çıxaran mancanağı gör necə söylər,
Bənzər dəvənin boynuna, qəflətlə danışma.

Sən indi özün azca düşün, kimdi bu dəccal?
Dillən dilə gəl, amma cəhalətlə danışma.

Sus, sus ki, Anar, çün sənə çəp – çəp baxacaqlar,
İndən belə sən boş yerə zəhmətlə danışma.

Комментариев нет:

Отправить комментарий

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...