![]() |
| Anar Əhəd |
Gəlmişəm
qəm dolu dünya evinə,
Gedirəm
eşq ilə üqba evinə.
Kim
ki, bir ayədə hikmət diliyər,
Özü
öz qəlbinə nurdan çiliyər.
Ona
Allah özü ilham eliyər,
Təki
qəlbən düşə sevda evinə.
Gəlmişəm
qəm dolu dünya evinə,
Gedirəm
eşq ilə üqba evinə.
Nə
qədər etsə günah nemətimə,
Eləsin
bəndə ümid qüdrətimə.
Onu
mən çatdıraram rəhmətimə,
Tökə
bir göz yaşı dərya evinə.
Gəlmişəm
qəm dolu dünya evinə,
Gedirəm
eşq ilə üqba evinə.
Arayırsan
hey ibadət nurunu,
Tapa
bilmirsən hidayət nurunu.
Ala
bilməz qara zülmət nurunu,
Gələ
bilsən Əli mövla evinə.
Gəlmişəm
qəm dolu dünya evinə,
Gedirəm
eşq ilə üqba evinə.
Əli
eşqdir, düşə hər kim izinə,
Ona
imanı verər nur üzünə.
Ey
Anar, gəl demə aşiq özünə,
Düşməmişdən
hələ şeyda evinə.
Gəlmişəm
qəm dolu dünya evinə,
Gedirəm
eşq ilə üqba evinə.

Комментариев нет:
Отправить комментарий