![]() |
| Anar Əhəd |
Mən
yazardım sözümü qəmdən ibarət Hüseyn,
Nə
götürsün acı qəmdən axı millət Hüseyn?
Mənə
ilhamdı gələn şübhə deyil, sorğu deyil,
Baxıram
dində olan adətimiz doğru deyil.
Mənə,
həq söyləməyim zərrə qədər qorxu deyil,
Sənə
cahildən edim təkcə şikayət Hüseyn.
Bir
nida həsrətini çəkmisən ildən ilə bax.
Geri
dön, üzmə dəniz dalğaların, sahilə bax.
Hədisin
hikmətini anlamayan cahilə bax,
O bir
ilhamdı olub bizdədi əlbət, Hüseyn!
Hansı
rəhbər* buyurub cismini zəncirlə sarı?
Birinin
ismini hallandıra bilsəydi barı.
Verdi
iman nuru aləmlərin Pərvərdigarı,
Bu
səbəbdən mənə ağırdı cəhalət Hüseyn.
Oturub
səncə ümid bağlamağın xeyri nədi?
Hər
məhərrəm sənə yas saxlamağın xeyri nədi?
Sənə
göz yaşı töküb ağlamağın xeyri nədi?
İntiqam
olmasa almaq mənə qismət Hüseyn.
Yenə
bir səhv tutacaqlar Hüseyndən deyənə,
Deyəcəklər
dəlidir dərdini söylər ölənə.
Ölü
əsla demə gəl Tanrı üçün can verənə.**
Çoxu
dərk eyləmiyir ayədə hikmət Hüseyn.
Mən
yazardım sözümü qəmdən ibarət Hüseyn,
Nə
götürsün acı qəmdən axı millət Hüseyn?
* İmam Hüsey (ə) sonra gələn imamlar nəzərdə
tutulur.
** Bəqərə surəsi ayə 154
Allah
yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk
etmirsiniz.

Комментариев нет:
Отправить комментарий