понедельник, 7 марта 2016 г.

Ey canı verən Yar, verərəm canı yolunda,
Anar Əhəd
Hər kəs verə bilməz canı cananı yolunda.

Nöqsan ilə düşdüm quyuya Yusifə bənzər,
Gözlər necə gözlərdi o karvanı yolunda.

Verdim Sənə söz əhd elədim, tək yola çıxdım,
Yalnız gedərəm mən Hüseyin qanı yolunda.

Musa idi yol açdı, dəniz yardı əsayla,
Tanrım, yararam əl ilə ümmanı yolunda.

Alim düşünər səhv eliyər ayəni təfsir,
Ya Rəbb, mənə ilham elə Quranı yolunda.

Ətrafıma cəm eylə mələklər, nə olar Yar,
Qoyma gələ vur zəncirə şeytanı yolunda.

Yazdım bu qəzəl bir dilək, Allah buna səs ver,
Sənsən Anarın dərdinə dərmanı yolunda.

Комментариев нет:

Отправить комментарий

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...