понедельник, 7 марта 2016 г.

Anar Əhəd
Tutmuş qoca dünyanı əzəldən qoca bənna,
Verməz qocalıb düşsədə əldən qoca bənna.

Hər ölkədə bağ – bağça yarat var elə cənnət,
Bir baş da qoyarsan qara kəldən qoca bənna.

Əlbət sənə ləzzət verəcək, zövq alacaqsan,
Ətrafdakı bir dəstə gözəldən qoca bənna.

Yatmış yuxulu gözlərə gəl nuru yavaş ver,
Təbliğ yaradırsan bu məsəldən qoca bənna.

Pis, yaxşı nə olsan, yenə Allaha gedir yol,
Heç kim qaça bilməz ki, əcəldən qoca bənna.

Allah Anarın qəlbinə iman gücü vermiş,
Agah ola hər hiylə əməldən qoca bənna

Комментариев нет:

Отправить комментарий

Anar Əhəd Əlinin şəninə əş’ar yazdım, Şiələrçün mələk insan oldum. Sələfi gördü Əli eşqim var, Bu səbəb rafizi, duşman oldum. ...