![]() |
| Anar Əhəd |
Şeytan
bəşərin düşməni zahirdə görünməz,
Qəlbin
duya təkfir elə, təkfirdə görünməz.
Xaliq
sənə açmış qapı Ondan dilə insan!
Bax
gör nə kəramətdi dua, pirdə görünməz
Müşrikləri
iblis kimi xislətdə görərsən,
İman
nuru mömindədi, kafirdə görünməz.
Yoz
ayəni, ey qəlbi xəbis nəfsinə uyğun,
Sağlam
ağıla həq kimi təvsirdə görünməz.
Allah
özünü vəsf eliyən tək Onu vəsf et,
Allah
özü bir sirr kimidir, sirr də görünməz.
Çox
şənimə tərif dedilər, Yarə sığındım.
Qəflətlə
təkəbbür gələ təqdirdə görünməz.
Hər
kəs oxuyar dərk eliyər əqlinə uyğun,
Lakin
Anarın niyyəti təhrirdə görünməz.

Комментариев нет:
Отправить комментарий