![]() |
| Anar Əhəd |
Alimin
şərhinə e’lanına bax.
Əlinin
tutduğu Qur’anına bax.
Bir
sual çıxsa əgər təfsirinə,
Yeri
şərhindəki nöqsanına bax!
Çox
olub həqqə şəhadət gətirən,
O
qədər bəndənin imanına bax!
Onda
gəl hamı şəfaət eləsin,
Sən
deyən düzdüsə vicdanına bax!.
Kim
əgər şirkə bəraət gətirir,
O
kəsin tutduğu ünvanına bax.
Gətirib
ayəni məzhəb qoruyan!
Ara
bir olsada Rəhmanına bax!
Hə
Anar, biz bu gedişnən nə edək?
Tüpür
hər bir şeyə öz canına bax.
Yenə
rəhm et tükənən səbrimə Yar!
Anarın
əhdinə peymanına bax.

Комментариев нет:
Отправить комментарий