Quran ayələrinə yanlış
yanaşanlar üçün
Elm
ilə yoğrulmuşuq, irfanlarıq.
Dərk
eliyib ayələri anlarıq.
Məzhəbini
bərk tutanı danlarıq,
Haqqı
deyən doğru müsəlman bizik!
Vəsf
eliyir ayədə Rəhman, bizik!
Biz
silərik tarixi nöqsan deyib.
Çün
onu Allah demir, insan deyib.
Həm
də bunu ayeyi – Qur’an deyib.
Qardaşımız,
sirdaşımız, can deyib,
Məsləhətin
saymayan insan bizik!
Bilgimizin
ziddinə duşman bizik!
İslam
üçün çəksədə zəhmət Əli.
Xaliq
üçün etsədə xidmət Əli.
Tarix
olub, kimdi ki həzrət Əli?
Adi
bir insandı cəmaət Əli!
Dövrümüzün
canlısı, Qur’an bizik!
Təbliq
edən ayəni hər an bizik!
Sözlərimiz
qatma qarış olsada.
Tez
vurarıq sözlə naxış, olsada.
Baxmarıq
səmtə çağırış olsada.
Ayələrə
fərqli baxış olsada,
Haqlı
bizik, vəhdətə büryan bizik!
Birlik
üçün can qoyan qurban bizik!
Çıx
oxu meydan bizik!
Sünnülərə
yan bizik!
Şiə
müsəlman deyil,
Həq
yola şayan bizik!

Комментариев нет:
Отправить комментарий