Zahidin
təbliğidir həzrəti İsa gələcək.
Kim
inanmazsa o kəs məhşərə rüsva gələcək.
Nə
qəşəng batili haqnan bəziyir ayə kəsib,
O
avaznan yuxu tutmuşlara rö’ya gələcək.
Nə
qədər ayələri parçalayıb doğrayasan,
Mən
tərəfdən o qədər şə’ninə misra gələcək.
Ölümündən
qabaq iman eliyər əhli kitab,
Ayənin
əvvəlidir bu, sonu ifşa gələcək.
O
kitab əhlinə məhşərdə şəhadət verəcək.
Tam
əleyhində edər, bax! Sənə mə’na gələcək?
Sənə
mə’na nə gərək, parçala sən ayələri,
Kimə
qulluq eliyirsənsə müəmma gələcək!
Ey
Anar, ayələri parçalayıb şərh eliyən,
Düşünürmü
görəsən qəflətən üqba gələcək?
Комментариев нет:
Отправить комментарий