![]() |
| Anar Əhəd |
Sən
kişilik məktəbi qoydun Hüsen!
Ağladılar
məktəbə arvad kimi.
Bardaş
atıb qatdadılar dizlərin.
Şillə
vurub qızartdılar üzlərin.
Ağladılar
qurutdular gözlərin,
Saxladılar
dəsmalı icad kimi.
Ömrünü
qəsdən bitirən görmüşəm.
Faniliyindən
itirən görmüşəm.
Məscidə
zəncir gətirən görmüşəm,
Düşmən
olub canına cəllad kimi.
Həddi
aşıb haqqın yolun çıxmısuz.
Görkəminiznən
çox ürək sıxmısuz.
Ağlamısuz
imperiya yıxmısuz?
Bəs
yaşıyırsuz niyə bərbad kimi?
Rəhbəriniz
islam üçün neyləyib?
Çarə
üçün, əncam üçün neyləyib?
Sürdüyünüz
əyyam üçün neyləyib?
Bəlkə
çapıb dağları Fərhad kimi?
Aləmə
qoymuş izi cənnət gülü.
Valeh
edibdir bizi cənnət gülü.
Yaxşı
ki, görmür sizi cənnət gülü,
Nə
tüpürər üzvüzə naşad kimi.
Sən
kişilik məktəbi qoydun Hüsen!
Ağladılar
məktəbə arvad kimi.

Комментариев нет:
Отправить комментарий