Allah
edər insandakı imanə şəfaət.
Hərçənd
düşüb dillərə əfsanə şəfaət.
Öz
aqibətin bilmiyən peyğəmbərimiz var,*
Uydurdular
insan edər insanə şəfaət.
Heç
əqlimə sığmır, niyə insandan umursuz?
Bir
haldakı məxsusdusa Rəhmanə şəfaət.*
Məhşər
günü Həq kimlər üçün razı olarsa,
Onlarda
edər onlara həq yanə şəfaət.*
Bax,
bax hələ sən vaizə bir bax! A başunçun!
Allah
da tökübdür helə ümmanə şəfaət.
İndən
belə Allah yolu tut ey gözəl insan!
Etməz
sənə vallahidə bütxanə şəfaət.
İmanını
hər vaxtı Anar Xalirə bağla,
Olsun
sənə məhşər günü pərvanə şəfaət.
*Əhqahf sürəsi ayə 9
*Zümər sürəsi ayə 44
*Şəfaət edən mələklərdir. Ənbiya sürəsi ayə 26, 27, 28
Комментариев нет:
Отправить комментарий