Özünə
Mehdi deyən..
Baxıram cismimə hər
gün görürəm xeyli nişan.
Bu nişanlar ola
bilməz ki, ola zənni güman.
Necə inkar eliyim,
göz də görür, yoxdu yalan.
Ləkə reyhan xalımı köksümə
çəkmiş Yaradan.
Bu xalım Mehdiliyin
hissiyatın qoydu yaman.
Bu səbəbdən də
gümannan yaşadım xeyli zaman.
Bir tərəfdən yuxular
qəlbi sıxır vermir aman.
Çıx zühur eylə deyir
aləmə, day qalma nihan.
Gecə yatdım yuxu gördüm
mənə haqq oldu əyan.
Yuxudan bildiyimi
bilməlidir cümlə cahan.
Eşid ey cümlə cahan
vəd olunan Mehdi mənəm!
Məni seçmiç Yaradan
vəd olunan Mehdi mənəm!
Şiə..
Yenə hardan əsəcək
üstümüzə isti külək?
Niyə susqun baxaraq
daş ələmirsən ki fələk?!
Bu gicin söhbəti
cinnətdi məni, tutdu ürək.
Çilə göydən başına
daş kəsəyi bizdə görək.
Mehdi min dörd yüz
il əvvəl açaraq bağda çiçək.
Çəkilib qeybə bizi
seyr eliyir, gəlmə kələk.
Üç yüz on üç nəfərin
yox, çıxaraq ekrana tək,
Özünü yorma atam kim
inanar, olma hələk.
Nə başın üstə bulud
var, nə bulud üstə mələk,
Mehdisənsə buların
olması mütləqdi gərək.
Geyinib əyninə
şalvar, hanı əmmamə çuxa?
Nə qılıncın, nə atın var, hanı əmmamə çuxa?
Sünni..
Şiə qardaş nə
coşursan dəli insanə görə.
Sən gərək səbr
edəsən Rəbbinə, Rəhmanə görə.
O qədər Mehdi çıxıb,
gərdişi – dövranə görə.
Can fəşanlıq eliyib
şöhrət ilə şanə görə.
Buna baş qoşma yazıq
xəstədi ad – sanə görə.
Özünü Mehdi sayır
bir ləkə reyhanə görə.
Belə insanların
uydurduğu hədyanə görə,
Mən önəm verməmişəm,
tərsdi müsəlmanə görə.
Gəl ki, biz fərqli
inanc içrəyik imanə görə.
Ama qardaşlığımız
baqidi Qur’anə görə.
Şiələr
zənn eliyir Mehdi İrannan çıxacaq.
Çün
deyib rəhbəri Qumnan, Xorasannan çıxacaq.
Şiə..
Sən
mənim rəhbərimin haqqına girdin avara?!
Mənə
qardaş dediyin söz daş olub başvu yara.
Vəhabi..
Bu
nə qarğışdı edib pis eliyirsən bizi sən?
Səni
aləm tanıyır şirk eliyən rafizisən.
Şiə..
Səni
kim təşrif edib ay Yezidin baş nəvəsi?
Xəbərin
varmı ki, sənsən bu dinin üz ləkəsi?
İsrail
və Amerika..
-
Necədir fitnə, fəsad? Zəhmətimin bəhrəsidir.
-
Yox əziz dost, bu bizim bəstəmizin nəğməsidir.
-
Yox əşi yox, bu vəhabi bağımın meyvəsidir.
-
Sünnü türkdür, o bizim bağçamızın körpəsidir.
-
Şiənin mollaları səhnəmizin pərdəsidir.
-
Harda insan əzilir qollarımın qüvvəsidir.
-
Qara günlər ki çöküb, əllərimin kölgəsidir.
-
Hələ gördükləriniz fitnəmizin zərrəsidir.
_ _
_ _ _
Zalimin
zülmü üçün hər gecə Allah qınayan!
Bu
ki, Qurandan uzaq qalmağıvun səhnəsidir.
Комментариев нет:
Отправить комментарий