![]() |
| Anar Əhəd |
Əqlimiz
kəsmədi əqlün qədərin cahil adam
Ki,
verək ayələrin düz xəbərin cahil adam.
Özünün
bir sözü yox hey danışar molla ağız,
Mənə
göstər ağılın varmı dərin cahil adam?
Alimi
üzdə mələk, mollası məsciddə kələk,
Oxuyar
lə’nətin həzrət Ömərin cahil adam.
Niyə
həzrət Ömərin ismini rəğbətlə dedin?
Qusacaq
üstüvə şahmar zəhərin cahil adam.
Eyyubun
səbrini aləmdə gəzən məndə tapar,
Susaram
keçsədə sərhəd çəpərin cahil adam.
Molla
qırxıb verəcək ayələri bayraq elə,
Sora
get al oxu farsın əsərin cahil adam.
Anarın
qəlbinə elmindən əta eylə Xuda,
Sənin elmin ilə olmaz nökərin
cahil adam
Комментариев нет:
Отправить комментарий